Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Hacıyev/
Fevralın 2-də Bakı vaxtilə gecə saat 03:00 radələrində Dövlət Bayraq Meydanında güclü küləyin əsməsi nəticəsində texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib.
Bakı şəhər Səbail rayon İcra Hakimiyyətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mütəxəssislər tərəfindən dərhal zəruri və təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində səhər 6.30 radələrində dirəyin titrəyişləri nizamlanıb.