Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakı polisi rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan şəxsi yaxalayıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməklaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Samir Əfəndiyev tutulub.
Onun barəsində istintaq aparılır.