Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Xaçmazda mağazalardan oğurluq edən dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də Kamal Şabanova məxsus mağazadan 450 manat, danışıq kartları və tütün məmulatlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri Alik Əmirov, Ceyhun Balacayev, Vasif Məhəmmədov tutulublar.
Məhəmmədovun və Balacayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin mart ayının 20-nə keçən gecə Qobuqırağı kəndinin ərazisində kənd sakini Yaşar Hacıbabayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 20 manat pul, tütün məmulatları və spirtli içkilər oğurladıqları müəyyən edilib.