Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda telefon qovşağına məxsus kabeli oğurlayan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xəzər RPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Buzovna qəsəbəsinin ərazisində Xəzər rayon Telefon Qovşağına məxsus 80 metr kabeli oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakinləri Nicat Məmmədov, Ruslan Rüstəmov, Cəlilabad rayon sakini Ruslan Əkbərov və Bərdə rayon sakini Loğman Dostuyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda telefon qovşağına məxsus kabeli oğurlayan şəxslər yaxalanıb
Bakıda telefon qovşağına məxsus kabeli oğurlayan şəxslər yaxalanıb.
