...

Aptek işçisi psixotrop həblər satarkən tutulub

Hadisə Materials 23 Aprel 2011 13:06 (UTC +04:00)
Aptekə baxış zamanı 27 adda psixotrop, 47 adda isə istifadə müddəti keçmiş dərmanlar aşkar edilərək götürülüb.
Aptek işçisi psixotrop həblər satarkən tutulub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Aptek işçisi psixotrop həblər satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərə Mübarizə İdarəsi və onun Qərb bölgəsində regional şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Aşağı Ayıblı kəndindəki "Tovuz 688" saylı aptekin nəzdində olan 2 saylı məntəqənin müdiri Şükür Məmmədov 3 ədəd "Relanium" ampulasını və 5 ədəd "Qlyuferal" psixotrop həbini satarkən tutulub.

Aptekə baxış zamanı 27 adda psixotrop, 47 adda isə istifadə müddəti keçmiş dərmanlar aşkar edilərək götürülüb.

Baş Narkotiklərə Mübarizə İdarəsi və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Ramiz Kazımov 1 kiloqram 109,9 qram həşiş qatranını satarkən tutulub.

Kazımovun evinə baxış zamanı əlavə 910 qram həşiş qatranı və 182,3 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti