...

Xaçmazda həmkəndlilərini ölümlə hədələyən şəxs tutulub

Hadisə Materials 9 May 2011 14:07 (UTC +04:00)
Xaçmazda həmkəndlilərini ölümlə hədələyən şəxs tutulub.
Xaçmazda həmkəndlilərini ölümlə hədələyən şəxs tutulub

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmazda həmkəndlilərini ölümlə hədələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 8-də Xaçmaz rayonunun Seyidli kənd sakini Pərvin Daşdəmirov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, mayın 7-də həmkəndlisi Faiq Cəmilovun onu ölümlə hədələdiyini və başının üstündən ov tüfəngindən 2 dəfə havaya atəş açdığını bildirib.

Həmin gün kənd sakini Cəmil Cəmiyev də polis şöbəsinə oxşar məzmunlu ərizə ilə müraciət edib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmilov tutulub, ondan 1 ədəd "TOZ-16" markalı tüfəng və 0,282 qram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

.

Xəbər lenti

Xəbər lenti