Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/
Salyanda 24 yaşlı oğlan intihar edib.
Salyan rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən gün rayonun Yenikənd kəndində yaşayan 1988-ci il təvəllüdlü Şahin Balayev yaşadığı evin həyətindəki dəmir borudan özünü iplə asaraq öldürüb.
Balayev subay olub.
Faktla bağllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.