...

İsmayıllı rayonunda sel kəndlərə ciddi ziyan vurub

Hadisə Materials 14 İyun 2011 11:08 (UTC +04:00)
İsmayıllı rayon İcra Hakimiyyətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, İsmayıllı rayonunun dağlıq və dağətəyi ərazilərində yağan güclü leysan yağışı nəticəsində əmələ gələn sel rayonun bir sıra kəndlərinin yollarını dağıdıb. Evlərə su dolub, piyada və avtomobil körpüsü dağılıb.
İsmayıllı rayonunda sel kəndlərə ciddi ziyan vurub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 13-dən 14-ə keçən gecə Azərbaycanın İsmayıllı rayonuna yağan güclü yağış selə səbəb olub.

İsmayıllı rayon İcra Hakimiyyətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, İsmayıllı rayonunun dağlıq və dağətəyi ərazilərində yağan güclü leysan yağışı nəticəsində əmələ gələn sel rayonun bir sıra kəndlərinin yollarını dağıdıb. Evlərə su dolub, piyada və avtomobil körpüsü dağılıb.

Elektrik və rabitə dirəklərinin aşması nəticəsində hazırda kəndlər işıq və telefonsuz qalıb.

Hazırda ərazilərə rayon Fövqəladə Hallar Komissiyasının ağır texnikaları cəlb edilib.

Xəbər lenti

Xəbər lenti