...

Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub - qubernator

Hadisə Materials 6 İyul 2011 12:42 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.
Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub - qubernator

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub. Bu barədə Trend-ə faciənin baş verdiyi Pərvənd əyalətinin Siyah Gərd şəhərinin başçısı Əbdülhəlim Mücəddədi bildirib.

Onun sözlərinə görə, təyyarə yerli vaxtla saat 23:00-da Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib.

Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, onlar indi həlak olanların meyitlərini axtarırlar. Mücəddədinin məlumatına görə, təyyarədə səkkiz nəfər olub.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti