...

ABŞ-ın Kabildəki səfirliyi Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına kömək edir

Hadisə Materials 6 İyul 2011 14:28 (UTC +04:00)
ABŞ-ın Əfqanıstandakı səfirliyi və hərbi komandanlıq şöbəsi Kabildə Azərbaycanın yük təyyarəsinin qəzasının araşdırılmasına kömək edəcək.
ABŞ-ın Kabildəki səfirliyi Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına kömək edir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Əfqanıstandakı səfirliyi və hərbi komandanlıq şöbəsi Kabildə Azərbaycanın yük təyyarəsinin qəzasının araşdırılmasına kömək edəcək. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin rəsmi nümayəndəsi Kis Bin bildirib.

O deyib ki, ABŞ-ın Kabildəki səfirliyi habelə müşayiət əməliyyatlarına da cəlb ediləcək.

"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi yerli vaxtla saat 23:00-da Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib.

Faciənin baş verdiyi Pərvənd qəzasının Siyah Gərd əyalətinin başçısı Əbdülhəlim Mücəddədi Trend-ə bildirib ki, Əfqanıstanda qəzaya uğrayan Azərbaycanın nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Ekipaj üzvlərindən dördü Azərbaycan vətəndaşı, digərləri Özbəkistan vətəndaşları olub. Bir az əvvəl Trend-ə Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının verdiyi məlumata görə, təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirən təcrübəli pilotdur.

Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hazırda onlar həlak olanların meyitlərini axtarırlar.

ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Xəbər lenti

Xəbər lenti