...

ABŞ Azərbaycan tərəfinin təyyarənin qəzaya uğradığı yerə çatması üçün mümkün olan hər şeyi edib - səfir

Hadisə Materials 8 İyul 2011 12:46 (UTC +04:00)
ABŞ Azərbaycan XİN, Kabildəki ABŞ səfirliyi və özünün NATO-dakı şəxsi əlaqələri vasitəsilə əlindən gələni edib ki, "Silk Way" aviaşirkəti və Azərbaycan tərəfi təyyarənin qəzaya uğradığı yerə çata bilsin.
ABŞ Azərbaycan tərəfinin təyyarənin qəzaya uğradığı yerə çatması üçün mümkün olan hər şeyi edib - səfir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycan XİN, Kabildəki ABŞ səfirliyi və özünün NATO-dakı şəxsi əlaqələri vasitəsilə əlindən gələni edib ki, "Silk Way" aviaşirkəti və Azərbaycan tərəfi təyyarənin qəzaya uğradığı yerə çata bilsin. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakıda jurnalistlərə bildirib.

İyulun 6-na keçən gecə "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində 9 ekipaj üzvü və beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

"Biz 9 ekipaj üzvünün həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Bizim Azərbaycan hökuməti və "Silk Way" şirkəti ilə çox sıx əlaqələrimiz var", - Brayza deyib.

Onun sözlərinə görə, "Silk Way" şirkəti koalisiya qüvvələrini etibarlı, effektiv tədarüklə təmin etmək məsələsində ABŞ və NATO-nun yaxşı tərəfdaşıdır.

Səfir komissiya üzvlərinin bu gün təyyarənin qəzaya uğradığı yerə çata biləcəklərinə ümidvar olduğunu ifadə edib.

Xüsusi komissiyanın nümayəndələri Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğrama səbəblərini araşdırmaq üçün Əfqanıstandadırlar və hadisənin baş verdiyi yerə getməyə hazırlaşırlar.

Komissiyanın işinə Əfqanıstanda Beynəlxalq Koalisiya Qüvvələri (ISAF) və Əfqanıstanın Dövlət Administrasiyası dəstək verir.

Komissiyanın tərkibinə Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələri və "Silk Way"in mütəxəssisləri daxildir.

Xəbər lenti

Xəbər lenti