...

Rusiya Federasiyasının müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Hadisə Materials 24 İyul 2011 20:31 (UTC +04:00)
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiyanın Müdafiə naziri Anatoliy Serdyukov iki günlük səfəri ərzində Gəbələ RLS-ın icarə müddətinin artırılmasını müzakirə edəcək.
Rusiya Federasiyasının müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Rusiya Müdafiə nazirliyindən verilən məlumata görə, Rusiyanın Müdafiə naziri Anatoliy Serdyukov iki günlük səfəri ərzində Gəbələ RLS-ın icarə müddətinin artırılmasını müzakirə edəcək.

Bazar günü başlayan işgüzar səfəri zamanı, Rusiya Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək və həmkarı general-polkovnik Səfər Əbiyevlə danışıqlar aparacaq.

"Müdafiə qurumların rəhbərləri iki ölkənin silahlı qüvvələrinin vəziyyətinı və inkişafını, gələcək hərbi perspektivlərini və iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığı, o cümlədən Rusiya tərəfindən Gəbələ RLS-ın icarə müddətinin artırılmasını müzakirə edecəklər" - Rusiya Federasiyasının Müdafiə nazirliyinin məlumatında qeyd edilir.

Rusiya hərbi nümayəndə heyəti səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin heykəlinə gül goyacaqlar.

Xəbər lenti

Xəbər lenti