...

Azərbaycan və İran sərhədində yanğın baş verib

Hadisə Materials 12 Avqust 2011 14:33 (UTC +04:00)
İranın Germi şəhərinin Muran qəsəbəsinin Azadlu sərhəd kəndi ərazisində, Azərbaycanın İranla sərhəd zonasında güclü yanğın baş verib.
Azərbaycan və İran sərhədində yanğın baş verib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

İranın Germi şəhərinin Muran qəsəbəsinin Azadlu sərhəd kəndi ərazisində, Azərbaycanın İranla sərhəd zonasında güclü yanğın baş verib. Yanğın Azərbaycan tərəfdə başlayıb və artıq Azadlu sərhəd kəndində bağ və əkin sahələrinə keçib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Azadlu kənd sakinləri bildiriblər ki, sərhəd zonasında yaşayan kəndlilər hər il sahələr biçildikdən sonra növbəti il daha yaxşı məhsul götürmək məqsədilə həmin əraziləri yandırırlar.

Xəbər lenti

Xəbər lenti