...

Sumqayıt sakini 14 mərtəbəli binadan özünü atmaq istəyib

Hadisə Materials 22 Avqust 2011 14:57 (UTC +04:00)
Sumqayıt şəhərində 14 mərtəbəli yaşayış binasının damından bir nəfərin özünü ataraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub.
Sumqayıt sakini 14 mərtəbəli binadan özünü atmaq istəyib

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərində bir nəfər 14 mərtəbəli binadan özünü atmaq istəyib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində 14 mərtəbəli yaşayış binasının damından bir nəfərin özünü ataraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin şəxslə müvafiq söhbət aparıb və yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı xilas ediblər.

Xəbər lenti

Xəbər lenti