...

Bakıda yol hərəkəti pozuntularının əksəriyyəti ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlıdır (VİDEO)

Hadisə Materials 23 Avqust 2011 12:51 (UTC +04:00)
Bakıda bu il ərzində yol hərəkəti iştirakçıları tərəfindən törədilən pozuntuların əksəriyyəti ötmə, manevr və yol ayrıcı qaydalarının pozulması ilə bağlı olub.
Bakıda yol hərəkəti pozuntularının əksəriyyəti ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlıdır (VİDEO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu il ərzində yol hərəkəti iştirakçıları tərəfindən törədilən pozuntuların əksəriyyəti ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlı olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin yanvarından avqustun 10-dək olan müddətdə Bakıda 215 831 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Bu pozuntulardan 29 509-u ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlı olub.

Bunun da 9011-i qoşa xətti keçmə, 7497-si yolayrıcı, 2876-sı manevr etmə, 1614-ü ötmə qaydalarının pozulması ilə əlaqədar olub.

Bu dövrdə cəzalandırılan sürücülərdən 8099-u işıqforun qırmızı işığında keçən, 7114-ü avtomobili pərdə və plyonkalı vəziyyətdə idarə edən, 2777-si sərxoş, 2533-ü yüksək sürətlə idarə edən, 1721-i dayanma, durma qaydalarını pozan, 1354-ü qəza şəraiti yaradan, 658-i polisin qanuni tələbinə tabe olmayan, 324-ü avtomobili dövlət nömrə nişanı olmadan idarə edən sürücülər olub.

Hesabat dövründə qadağan olunan ərazilərdən keçən 1297 piyada inzibati qaydada cəzalandırılıb.

Əsədov bildirib ki, bu müddətdə avtobus sürücüləri tərəfindən sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 537, işıqforun qırmızı işığında keçmə ilə bağlı 74, qoşa xətti keçmə ilə bağlı 131, yolayrıcı keçmə qaydalarının pozulması ilə bağlı 96, dayanma-durma qaydalarını pozma ilə bağlı 174 fakt qeydə alınıb.

Bu müddətdə avtobus sürücüləri tərəfindən Bakıda törədilən 107 yol qəzası nəticəsində 14 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti