...

ABŞ-da "Ayrin" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Hadisə Materials 31 Avqust 2011 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

ABŞ-ın şərq sahilləri ərazisində baş verən "Ayrin" qasırğasının qurbanlarının sayı ölkənin 12 ştatında 43 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü CNN yerli hakimiyyətə istinadən xəbər verir.

Bundan əvvəl 38 nəfərin həlak olması barədə məlumat verilmişdi.

Məlumata görə, daha çox qurbanlar Nyu-York (8), Nyu-Cersi (7) və Şimali Karolinadır (6). Beş nəfər Pensilvaniyada, dörd nəfər Virciniyada, üçü Vermontda, Konnektikut, Delaver, Merilend və Floridada hər birində iki nəfər, Massaçusets və Nyu Hempşir ştatlarında isə hər birində bir nəfər həlak olub.

"Ayrin"in qurbanlarının əksəriyyəti ağacların aşması və ya daşqınlar nəticəsində həlak olublar.

Bundan əlavə, təbii fəlakət Dominikan Respublikasında dörd və Haitidə bir nəfərin həyatına son qoyub.

Siklon nəticəsində 250 minə yaxın ev elektriksiz qalıb. Ekspertlərin hesablamalarına görə, ABŞ-dakı tufandan dəyən ziyanın həcmi 5 milyarddan 7 milyardadək təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti