...

Şamaxıda zəlzələ olub

Hadisə Materials 31 Avqust 2011 11:49 (UTC +04:00)
Bu gün səhər saatlarında Şamaxıda zəlzələ olub.
Şamaxıda zəlzələ olub

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Şamaxıda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:12:48-də Şamaxı şəhərindən 19 km cənubda zəlzələ qeydə alınıb.

Zəlzələ 6 km dərinlikdə, 3 maqnitudada qeydə alınıb.

Zəlzələ hiss olunmayib.

Xəbər lenti

Xəbər lenti