...

Bakıda gənc oğlan amansızcasına öldürülüb

Hadisə Materials 1 Sentyabr 2011 11:29 (UTC +04:00)
Bakının Nərimanov rayonunda 21 yaşlı gənc naməlum şəxs tərəfindən qətlə yetirilib.

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Nərimanov rayonunda 21 yaşlı gənc naməlum şəxs tərəfindən qətlə yetirilib.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 30-da rayonun Aşıq Qərib küçəsində, 163 saylı evin qarşısında bədənində çoxsaylı xəsarətlər olan kişi meyiti tapılıb.

İlkin istintaqla ölənin şəxsiyyəti müəyyənləşdirilib. Onun 1990-cı il təvəllüdlü Şərifov Ruslan Qərib oğlu olduğu məlum olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti