...

Qobustanda ağır yol qəzası zamanı bir yol polisi ölüb, digəri yaralanıb

Hadisə Materials 1 Sentyabr 2011 12:50 (UTC +04:00)
Qobustanda ağır yol qəzası olub, bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Qobustanda ağır yol qəzası zamanı bir yol polisi ölüb, digəri yaralanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qobustanda ağır yol qəzası olub, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 17:40 radələrində Qobustan rayonu ərazisində Bakı şəhər sakini Şamo Qurbanovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Şamaxı rayon sakini İlqar Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə Abdullayevin sərnişini Şahin Məmmədov hadisə yerində ölüb, xəsarət almış sürücülər Abdullayev, Qurbanov və onun sərnişini Daşqın Mahmudov xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Qobustan rayon prokurorunun köməkçisi Eldəniz Əhmədov Trend-ə bildirib ki, hadisə zamanı dünyasını dəyişən Şahin Məmmədov və xəsarət alan İlqar Abdullayev yol-patrul xidmətinin əməkdaşları olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda (263.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti