...

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 10 Sentyabr 2011 14:27 (UTC +04:00)
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 10-da saat 00:20 radələrində Hacıqabul rayonu ərazisində Xocalı rayon sakini Zahid Məmmədovun idarə etdiyi "KamAZ" markalı və Ağdam rayon sakini İlham Şükürovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə Şükürovun sərnişinilərindən Yaşar Muradov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri Anar Muradov, Şahin Əmirov isə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti