...

Lerikdə iki qohum arasında mübahisə ölümlə nəticələnib

Hadisə Materials 5 Oktyabr 2011 10:24 (UTC +04:00)
Lerikdə iki qohum arasında mübahisə ölümlə nəticələnib.
Lerikdə iki qohum arasında mübahisə ölümlə nəticələnib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Lerikdə iki qohum arasında mübahisə ölümlə nəticələnib.

Lerik rayon prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, rayonun Sors kənd sakini Tural Mehdiyev qohumu Elnur Nağıyevlə yeyib-içəndən sonra yola çıxıb.

Onlar arasında başlanan mübahisə dava ilə nəticələnib. Mehdiyev ağac parçası ilə Nağıyevin başından vuraraq ağır xəsarət yetirib. Nağıyev xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti