...

Bakıda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatı tapılıb

Hadisə Materials 6 Oktyabr 2011 13:09 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Bakıda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatı tapılıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatı tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda tikinti işləri aparılan ərazidə partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın istifadəyə yararsız 1 (bir) ədəd 82 millimetrlik minaatan mərmisi olduğu müəyyən olunub.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti