...

Suriyada cümə nümayişləri zamanı 20 nəfər həlak olub

Hadisə Materials 8 Oktyabr 2011 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada "Milli Şura cüməsi" şüarı altında keçirilən kütləvi cümə nümayişləri zamanı bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 20 nəfər öldürülüb. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Öldürülənlər arasında tanınmış kürd müxalifətçisi Mişaal əl-Tammo da var.

Aksiya iştirakçıları hazırkı rejimin istefasını tələb edirlər.

Suriyada "Milli Şura Cüməsi" şüarı altında keçiriən nümayişlər bir az əvvəl yaradılan Milli Keçid Şurasına dəstəyi simvolizə edib.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti