Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Antalya şəhərində aramsız leysan yağışlarından yaranmış sel nəticəsində altı nəfər itkin düşüb. Bu barədə bazar ertəsi Trend "Anadolu" agentliyinə istindən xəbər verir.
Dünən Antalyada intensiv yağan leysan nəticəsində 50 dən çox yaşayış evi və ticarət obyektlərini su basıb. Şimşək və güclü külək beynəlxalq hava limanının işini çətinləşdirib, 60-a yaxın reys təxirə salınıb. Bəzi təyyarələr isə eniş üçün digər hava limanlarına yönəldilib.
Yerli sinoptiklərin məlumatına görə, oktyabrın 9-da Antalyada orta hesabla hər kvadratmetrə 279 litr yağıntı düşüb. Bununla yanaşı, küləyin sürəti saatda 80 kilometrə çatıb. Meteoroloqların proqnozlarına görə, Antalyada leysan yağışları hələ iki gün davam edəcək.
Antalyada sel nəticəsində altı nəfər itkin düşüb
Türkiyənin Antalya şəhərində aramsız leysan yağışlarından yaranmış sel nəticəsində altı nəfər itkin düşüb.
