...

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar

Hadisə Materials 14 Oktyabr 2011 14:41
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Sentyabr ayı ərzində 45 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 73 nəfər saxlanılıb.

Sərhəd nəzarət məntəqələrində 36 halda 63 nəfər saxta sənədlə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə, 1 halda 1 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 10 halda 511 kiloqramdan artıq narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sentyabr ayında sərhədçilər 76 halda ümumi dəyəri 78 min manatdan artıq qaçaqmal saxlayıblar.

Respublikanın dəniz sərhədlərində dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 27 halda 58 nəfər sərhəd rejim pozucusu saxlanılıb.

Dənizdən 18050 metr tor, 19557 ədəd qarmaq, 5 ədəd qayıq, 1 ədəd mühərrik aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti