Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Rusiya Federasiyasının vətəndaşı Pirzad Sumqayevanı qətlə yetirmiş şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Rusiya Federasiyasının vətəndaşı Pirzad Sumqayevanı tamah məqsədi ilə bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Cavid Əhmədov və Bərdə rayon sakini Səbuhi Kamalov tutulublar.