...

Türkiyə xilasediciləri dağıntılar altından ikihəftəlik uşağı sağ çıxardıblar

Hadisə Materials 25 Oktyabr 2011 15:55 (UTC +04:00)
Türkiyə xilasediciləri çərşənbə axşamı Van vilayətinin cənub-şərqində baş verən güclü zəlzələdən 47 saat sonra dağılmış binanın dağıntıları altından ikihəftəlik uşağı sağ çıxardıblar.
Türkiyə xilasediciləri dağıntılar altından ikihəftəlik uşağı sağ çıxardıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Türkiyə xilasediciləri çərşənbə axşamı Van vilayətinin cənub-şərqində baş verən güclü zəlzələdən 47 saat sonra dağılmış binanın dağıntıları altından ikihəftəlik uşağı sağ çıxardıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı yerli televiziyanın məlumatında deyilir.

Əzra adlı qız xəstəxanaya çatdırılıb və həkimlərin nəzarəti altındadır. "Onun 24 yaşlı anası Semra Kraduman da xilas edilib", - TV-24 məlumat verir.

Son məlumatlara əsasən, Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 366 nəfərə çatıb. 1300-dən çox insanın yaralandığı bildirilir. Təbii fəlakət bölgəsində 2262 ev dağılıb.

Bazar günü gündüz Türkiyənin cənub-şərqində 7,2 bal gücündə zəlzələ baş verib. Bazar ertəsinə keçən gecə vilayətdə 6,1 bal gücündə daha bir zəlzələ baş verib. Yerli seysmoloqların proqnozlarına görə, ölənlərin sayı 500-dən min nəfərə qədər təşkil edə bilər.

Xəbər lenti

Xəbər lenti