...

Oğurluqda şübhəli bilinən Lənkəran sakinləri tutulublar

Hadisə Materials 27 Oktyabr 2011 13:11 (UTC +04:00)
Oğurluqda şübhəli Lənkəran sakinləri tutulublar. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oğurluqda şübhəli bilinən Lənkəran sakinləri tutulublar

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir T.Hacıyev/

Oğurluqda şübhəli bilinən Lənkəran sakinləri tutulublar. Bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 26-da Nizami rayonu Naxçıvanski küçəsindəki mağazada Bakı şəhər sakini Fatma Qasımovaya məxsus 500 manat pul və mobil telefon naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli Lənkəran rayon sakinləri Mahir Şəfiyev və Asif Nəsirov tutulublar.

Xəbər lenti

Xəbər lenti