Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/
Oktyabrın 30-da Nərimanov rayonu ərazisində şəhər sakini Şəmsəddin Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu sökülərək oğurlanıb. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsidə oğurluğu törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov tutulub.
Əhmədovun üzərindən 0,242 qram heroin götürülüb.
Bakıda avtomobil maqnitofonu oğrusu saxlanılıb
Oktyabrın 30-da Nərimanov rayonu ərazisində şəhər sakini Şəmsəddin Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu sökülərək oğurlanıb.
