...

FHN xilasediciləri Türkiyədən Vətənə qayıdıb

Hadisə Materials 1 Noyabr 2011 01:14 (UTC +04:00)
Türkiyənin Van şəhərində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu gün Vətənə qayıdıb.
FHN xilasediciləri Türkiyədən Vətənə qayıdıb

Azərbaycan, Bakı, 1 noyabr / Trend /

Türkiyənin Van şəhərində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu gün Vətənə qayıdıb.

Trend-in bazar ertəsi günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də ilk olaraq Vana yola düşmüş Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib.

Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında FHN-in Kinoloji xidmətinin itləri də iştirak edib.

Oktyabrın 23-də Van vilayətində 7,2 bal gücündəğ zəlzələ baş verib. Yerli seysmoloqlar elə həmin gün təbii fəlakət nəticəsində həlak olanların sayının 500-dən min nəfərədək çatacağı barədə xəbərdarlıq ediblər.

Son məlumata əsasən, zəlzələnin qurbanlarının sayı 601 nəfər təşkil edib, 4,1 min nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti