Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/
Son iki gündə Azərbaycanda 14 nəfər dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, noyabrın 12-də Sumqayıt şəhərinin Köhnə Corat qəsəbə sakinləri Solmaz Salehova və Günay Qurbanova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.
Noyabrın 13-də Sumqayıt şəhər sakinləri Sura Mirzəyeva, Sədaqət Həsənova və onun oğlu 12 yaşlı Hikmət, Şakir Ağakişiyev, Mehman Nuriyev, Əfsanə Salahova, Məlahət İsmayılzadə və Səlimə Abbasova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Noyabrın 12, 13 və 14-də Abşeron rayon sakinləri Əhməd Şirinov, Ülkər Əliyeva, Aygün Səlimova və Ramil Bağırov evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri orta-ağırdır.
Son iki gündə Azərbaycanda 14 nəfər dəm qazından zəhərlənib
Son iki gündə Azərbaycanda 14 nəfər dəm qazından zəhərlənib.
