...

Bakıda qətl törədən şəxs tutulub

Hadisə Materials 1 Dekabr 2011 17:04 (UTC +04:00)
Bakıda qətl törədən şəxs tutulub.
Bakıda qətl törədən şəxs tutulub

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qətl törədən şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə axşamı Trend-ə bildirib ki, noyabrın 30-da saat 17:00 radələrində paytaxtın Səbail rayonu ərazisində - T.Əliyarbəyov küçəsi, 7 ünvanında, söküntü işləri aparılan sahədə Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məcidov Mərhəmət Asəf oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə meyiti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Babayev Fuad İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Mərhəmət Məcidova xəsarət yetirməklə onu qəsdən həyatdan məhrum edib və hadisə yerindən qaçıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Fuad Babayev tutularaq istintaqa cəlb edilib.

O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Fakta görə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti