...

Bakı-Quba yolunda baş vermiş ağır yol qəzasında yanan şəxslərin ikisinin Ukrayna vətəndaşı olduğu müəyyənləşib

Hadisə Materials 6 Dekabr 2011 10:10 (UTC +04:00)
Bakı-Quba yolunda dekabrın 4-də baş vermiş ağır yol qəzasında yanan şəxslərin ikisi Ukrayna vətəndaşı olub.
Bakı-Quba yolunda baş vermiş ağır yol qəzasında yanan şəxslərin ikisinin Ukrayna vətəndaşı olduğu müəyyənləşib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda dekabrın 4-də baş vermiş ağır yol qəzasında yanan şəxslərin ikisi Ukrayna vətəndaşı olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 4-də saat 19:50 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də 1970-ci il təvəllüdlü Bakı şəhərinin Sabunçu rayon sakini Fizuli Müslüm oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi "Mercedes-Benz" markalı, 90-LT-336 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan 1987-ci il təvəllüdlü Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi sakini Hacıyev Əli Zakir oğlunun idarə etdiyi "BMW" markalı, 10-NT-820 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobillərdə yanğın baş verdiyindən hər iki avtomobilin sürücüləri və sərnişinlər, "BMW" markalı avtomobildə - 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı Səlimov Vüsal Eyvaz oğlu, N saylı hərbi hissənin kapitanı Babayev Ramin Nadir oğlu, Lənkəran rayon sakini 1971-ci il təvəllüdlü Nəzərov Nazim Canbaxış oğlu, Ukrayna vətəndaşları - 1976-cı il təvəllüdlü Krupa Ruslan və 1966-cı il təvəllüdlü Tatunçak Stepan, "Mercedes-Benz" markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Baxşıyev Nicat Dəmir oğlu hadisə yerində yanaraq ölüblər.

"Mercedes-Benz" markalı avtomobilin digər sərnişini - 1987-ci il təvəllüdlü Bakı şəhəri Sabunçu rayon sakini Əliyev İlkin Mehman oğlu isə xəsarət alaraq Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Xəbər lenti

Xəbər lenti