Azərbaycan, Bakı, 20 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Şəmkirdə yanacaqdoldurma məntəqəsinin operatorunun meyiti tapılıb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon ərazisində "Famil petrol" MMC yanacaqdoldurma məntəqəsində operator işləyən Şəmkir rayon Sabirkənd kənd sakini 39 yaşlı İbadət Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinin operatoru öldürülüb
Şəmkirdə yanacaqdoldurma məntəqəsinin operatorunun meyiti tapılıb.
