...

Bakıda təyyarənin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB 4) (FOTO)

Hadisə Materials 23 Dekabr 2011 16:50 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend-ə bildiriblər ki, hadisə bu gün səhər saatlarında təlim məqsədilə uçuş həyata keçirilərkən baş verib.
Bakıda təyyarənin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB 4) (FOTO)

Fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Masazır gölünə təyyarə düşüb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend-ə bildiriblər ki, hadisə bu gün səhər saatlarında təlim məqsədilə uçuş həyata keçirilərkən baş verib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisənin səbəbi araşdırılır.

Trend-in əldə etdiyi məlumata görə, qəzaya uğrayan təyyarə hərbi təyyarə deyil. Təyyarə Zabrat aeroportuna enməli idi.

Hüquq-mühfizə orqanlarındakı mənbələrdən Trend-ə bildiriblər ki, ilkin məlumata görə, qəza nəticəsində ölən olmayıb.

Şahidlərin hadisə yerindən verdiyi məlumata görə, hazırda FHN-in əməkdaşları göldən təyyarəni çıxardırlar.

Abşeron rayon prokurorluğundan cümə günü Trend-ə bildiriblər ki, qəzaya uğrayan təlim təyyarəsi Masazır gölünə düşüb.

İlkin araşdırmaların nəticələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Prokurorluğun məlumatına görə, təyyarə "Azərbaycan Hava Yolları" QSC-yə məxsus olub.

Qəza zamanı təyyardə 2 pilot olub. Onlar xəsarət almayıblar.

Araşdırmanı FHN aparır.

Xəbər lenti

Xəbər lenti