Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakının Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Musa Nadirovun görüşünə gələn qardaşı Yadulla Nadirovun gətirdiyi sovqata baxış zamanı təbii meyvə şirəsinin qabında gizlətdiyi 1,690 qram heroin aşkarlanıb.
Musa Nadirov Cinayət Məcəlləsinin cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma (317.2-ci) maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.