Azərbaycan, Bakı, 5 yanvar / Trend, müxbir K.Zərbalıyeva/
Baş Dövlət Yol Polisi İdarəsi dünən Hacıqabul rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
İdarədən cümə axşamı Trend-ə verilən məlumata görə, dünən saat 14:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 162-ci kilometrliyində ağır yol qəzası baş verib.
Yevlax sakini 1950-ci il təvəllüdlü Səftər Bayraməliyevin idarə etdiyi "MAN 327" markalı yük maşını Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayon sakini 1963-cü il təvəllüdlü Ağasəf İsayevin idarə etdiyi "QAZ-31029" markalı avtomobillə toqquşub.
Sonra yolun Qazax istiqamətində sol tərəfdə dayanmış 1956-cı il təvəllüdlü Hacıqabul rayon sakini Mirkazım Həsənova məxsus "VAZ 2106" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2106"-nın sürücüsü, sərnişini, 1965-ci il təvəllüdlü Ağsu rayon sakini Vüqar Müzəffərli, "QAZ-31029"-da olan sərnişin 1961-ci il təvəllüdlü Ağsu rayon sakini Kamil Talıbov hadisə yerində ölüb.
"QAZ-31029"-in sürücüsü isə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.