Azərbaycan, Bakı, 5 yanvar / Trend, müxbir K.Zərbalıyeva/
Mingəçevirdə oğlunu xilas etmək istəyən ana göldə boğulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-də Mingəçevir şəhərindəki "Qum-çınqıl karxanası" adlandırılan ərazisdəki gölə düşmüş 2 yaşlı Yusifi xilas etməyə cəhd göstərən anası Çinarə İbrahimova suda boğulub.
2 yaşlı uşağı da xilas etmək mümkün olmayıb.