...

Bakıda ağır yol qəzası: ölən və xəsarət alan var

Hadisə Materials 16 Yanvar 2012 12:27 (UTC +04:00)
Bakıda ağır yol qəzası olub.
Bakıda ağır yol qəzası: ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası olub.

Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 14-ü saat 20:10 radələrində Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əliyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili dirəyə vurub.

Nəticədə Əliyev hadisə yerində ölüb, sərnişini Namiq Zeynalov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti