Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda bazara bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən şəxs "Yasamal bazarı"na bomba qoyulması barədə məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin bazarda apardığı axtarış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.
Yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Bakıda bazara bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb
Bakıda bazara bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.