Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Xızıda yanğın yerindən insan sümükləri tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonu, Altıağac qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kvadratmetr olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı insan sümüyünə oxşar fraqmentlər aşkarlanıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.