...

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Fevral 2012 13:50 (UTC +04:00)
Sumqayıtda güclü yanğın olub, ölənlər var.
Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb (ƏLAVƏ OLUNUB)

Yanğınla bağlı təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:38-də yayılıb)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda güclü yanğın olub, ölənlər var.

Sumqayıt şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 2-dən 3-nə keçən gecə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, qanunsuz tikilən yaşayış evində yanğın baş verib.

Məlumata görə, Afaq Məmmədova və iki azyaşlı uşağı Aydan və Anar yanaraq ölüb.

Hazırda şəhər Polis İdarəsinin, prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Fərman Abdullayev Trend-ə bildirib ki, yanğının səbəbi hələlik məlum deyil. Yanğının başvermə səbəbini müəyyən etmək üçün ekspertizalar müəyyən olunub.

Müstəntiq bildirib ki, yanğın baş verən zaman evdə ana və iki azyaşlı uşağı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq (314.2-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti