...

Silahlı toqquşmalar zamanı Suriya ordusunun generalı öldürülüb

Hadisə Materials 11 Fevral 2012 16:26 (UTC +04:00)
Suriyada silahlı toqquşmalar zamanı şənbə günü ordunun briqada generalı öldürülüb.
Silahlı toqquşmalar zamanı Suriya ordusunun generalı öldürülüb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir R.Hafizoğlu/

Suriyada silahlı toqquşmalar zamanı şənbə günü ordunun briqada generalı öldürülüb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Suriya ordusu şənbə günü Hums şəhərində hərbi əməliyyatları bərpa edib.

Silahlı toqquşmalar zamanı ən azı 14 nəfər ölüb. Ötən günlər ərzində Suriyanın müxtəlif şəhərlərində təxminən 300 dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb.

Ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti