...

Bakıda gənclərin mübahisəsi ölümlə nəticələnib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Fevral 2012 10:11 (UTC +04:00)
Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Bakıda gənclərin mübahisəsi ölümlə nəticələnib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Binəqədi rayon prokurorluğunun məlumataı əlavə olunub (ilk xəbər 09:43-də yayılıb)

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbirlər İ. İsabalayeva, K.Zərbalıyeva/

Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisəni törədən 33 yaşlı Babayev Müslüm xəstəxanaya çatdırılıb. Onun bıçaqladığı şəxs 28 yaşlı Mikayılov Xosrov isə xəstəxanaya çatdırılanadək dünyasını dəyişib. Babayev 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Ümumilikdə ötən gün 3 bıçaqlanma hadisəsi ilə əlaqədar təcili tibbi yardım stansiyalarına müraciət daxil olub. Onlardan 2-si xəstəxanaya yerləşdirilib, 1-i isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 12-dən 13-nə keçən gecə saat 02:00 radələrində Xocahəsən qəsəbəsi, "Yeni yol" küçəsi, ev 16-da yaşayan kirayəşinlər - Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Müslüm Babayev və Şamaxı rayon sakini, 1980-ci il təvəllüdlü Xosrov Mikayılov arasında mübahisə düşüb.

Mübahisə zamanı Babayev Mikayılovu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti