...

DİN İçərişəhər Dövlət Qoruğunda baş vermiş partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 14 Fevral 2012 12:14 (UTC +04:00)
Daxili İşlər Nazirliyi İçərişəhər Dövlət Qoruğunda baş vermiş partlayışla bağlı məlumat yayıb.
DİN İçərişəhər Dövlət Qoruğunda baş vermiş partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi İçərişəhər Dövlət Qoruğunda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 13:00 radələrində Səbail rayonu ərazisində İçərişəhər Dövlət Qoruğunun Ağsaqallar Şurasının ofisində, rayon Qaz İstismar İdarəsinin işçiləri tərəfindən təmir işləri aparılan zaman təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə ofisə qismən ziyan dəyib və orada işləyən qaz istismar idarəsinin işçiləri Nizami Durmuşov, Riad Quliyev, Ceyhun Musayev və Kamran Məmmədov yanıq xəsarətləri alıblar.

Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti