...

Bakıda mədən ərazisində xüsusi təyinatlı avtomobil yanıb

Hadisə Materials 17 Fevral 2012 12:50 (UTC +04:00)
Bakıda mədən ərazisində xüsusi təyinatlı avtomobilin yanar hissələri yanıb.
Bakıda mədən ərazisində xüsusi təyinatlı avtomobil yanıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda mədən ərazisində xüsusi təyinatlı avtomobilin yanar hissələri yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda mədən ərazisində neft quyusunun qazılmasında istifadə olunan "AKA" markalı xüsusi təyinatlı avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı neft quyuları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti