...

Sumqayıtda avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Hadisə Materials 17 Fevral 2012 16:30 (UTC +04:00)
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Sumqayıtda avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında Sumqayıt şəhərində 32 saylı sərnişin avtobusu ilə "KİA" markalı minik maşını toqquşub.

Qəza zamanı avtobusda olan sərnişinlərdən 8 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 5-nə tibbi yardım göstərilərək evə buraxılıb, 3-ü isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti