Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda balıq ovuna çıxmış 2 nəfər buz parçalarının arasında qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Qarğalıq kəndi ərazisindən qayıqda balıq ovuna çıxmış 2 nəfərin hava şəraiti ilə əlaqədar geriyə qayıda bilməməsi və dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qayıq sahildən təxminən 300 metr aralıda buz parçalarının arasında qalıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şimal Regional Mərkəzi ilə birgə keçirdiyi əməliyyat nəticəsində hər iki balıqçı xilas olunub. Balıqçıların ilkin tibbi yardıma ehtiyacı olmayıb.