...

Fövqəladə Hallar Nazirliyinin Xəzərdə itkin düşən balıqçıların axtarışına başlayıb

Hadisə Materials 22 Fevral 2012 16:19 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Xəzərdə itkin düşən balıqçıların axtarışına başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Xəzərdə itkin düşən balıqçıların axtarışına başlayıb

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin Xəzərdə itkin düşən balıqçıların axtarışına başlayıb.

Trend-in Nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilib.

Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidələrə başlayıb.

Qayığın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin görülməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti