...

Rusiyadan Azərbaycana qanunsuz gətirilən 408 ədəd parfümeriya və kosmetika aşkarlanıb

Hadisə Materials 25 Fevral 2012 13:49 (UTC +04:00)
Azərbaycan vətəndaşı Camal Əliyev Sankt Peterburq-Bakı aviareysi ilə göndərilən və müşayiət olunmayan baqajı qəbul edib gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rusiyadan Azərbaycana qanunsuz gətirilən 408 ədəd parfümeriya və kosmetika aşkarlanıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan vətəndaşı Camal Əliyev Sankt Peterburq-Bakı aviareysi ilə göndərilən və müşayiət olunmayan baqajı qəbul edib gömrük nəzarətindən "yaşıl kanalla" keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə, həmin vətəndaş qəbul etdiyi baqajda şəxsi əşyaların və az miqdarda parfümeriyanın olduğunu bildirib.

Əliyev yazılı olaraq gömrük bəyannaməsini təqdim etməmiş və şifahi olaraq baqajında şəxsi əşyaların olduğunu bildirdikdən sonra həmin əşyalara "Rapiscan-628" markalı X-Ray aparatı ilə baxış keçirilib. Bu zaman gömrük əməkdaşları aparatın monitorunda xeyli sayda parfümeriya və kosmetika mallarının təsvirlərini görüb və buna görə də həmin əşyalara təkrar gömrük baxışı keçirilib.

Nəticədə Əliyevə məxsus 2 ədəd irihəcmli çantadan 16 adda 408 ədəd müxtəlif çeşidli parfümeriya və kosmetika malları aşkar edilərək protokol əsasında götürülüb.

Maraqlıdır ki, adıçəkilən vətəndaş gömrük nəzarətindən keçərkən həmin malları şifahi və ya yazılı formada bəyan etməməsinin səbəbini ilk dəfə gömrük sərhədindən kommersiya məqsədli mallar aparması ilə izah edib.

Xəbər lenti

Xəbər lenti